Rusiya-Ukrayna müharibəsi  dayanır? - Putindən açıqlama



 16:48 23.11.2023     288

Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə qatıldığı G20 Sammitində Ukrayna müharibəsi ilə bağlı verdiyi mesajlar diqqət çəkib.

Demedia.az xəbər verir ki, o, çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi ilə İsrail-HƏMAS müharibəsini  müqayisə  edib. O həmçinin  qeyd edib ki, Rusiya Ukrayna ilə danışıqlardan imtina etməyib:

“Xatırlatmaq istərdim ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib. Danışıqlar prosesindən çıxdığını açıq şəkildə elan edən Rusiya deyil, Ukrayna idi. Bundan başqa, bu, prezidentin (Vladimir Zelenski) Rusiya ilə bu cür danışıqları qadağan edən fərmanla leqallaşdırılıb”.

Bahadur Seyidov