Baydenin doğum gününü qeyd etməsi maraqla qarşılandı



 17:12 23.11.2023     295

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 81 yaşını qeyd edib.

Demedia.az xəbər verir ki,  Bayden ilk dəfə girdiyi “Threads” sosial media platformasında 81 yaş tortu ilə fotosunu paylaşıb: “Bu gün 81 yaşım tamam oldu və yeni sosial media platformam var. Xoş arzularınız üçün təşəkkürlər uşaqlar! Ad günü şam fabrikindəki işçilərə, ümid edirəm ki, həmkarlar ittifaqı sizə əlavə iş vaxtı verəcəkdir".

Yaşına baxmayaraq 2024-cü ildə yenidən namizəd olmağa hazırlaşdığı üçün tənqid obyekti olan Baydenin tortu da reaksiyalara səbəb olub.

Bahadur Seyidov