İsrail atəşkəslə bağlı bu qərarını dəyişdi
İsrail girovların dəyişdirilməsinin cümə günündən əvvəl baş tutmayacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edilib ki, digər şərtlərə uyğun olaraq 5 günlük atəşkəs çərçivəsində girovlar mərhələləri şəkildə qaytarılacaq.
Məlumata görə, birinci mərhələdə Həmas girovları Qırmızı Xaç rəsmilərinə təhvil verəcək.
Həmas da həmçinin 150 fələstinli məhbusun əvəzində 50 girovun azad ediləcəyini açıqlayıb.
Bahadur Seyidov