Messinin geyimi hərraca çıxarılır - 8 milyon...



 15:58 23.11.2023     295

Məşhur  futbolçu Lionel Messini Dünya çempionatında geydiyi 6 forma hərraca çıxarılacaq.

Demedia.az xəbər verir ki, hərrac Nyu-York-da baş  tutacaq.

Hərracda ilkin qiymət 8 milyon sterlinq olacaq.

Qeyd edək ki, Dieqo Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının dörddəbir finalında Argentina-İngiltərə matçında geyindiyi və əli ilə vurduğu qola həsr olunmuş "Tanrının əli" adı ilə satışa çıxarılan forması 7,1 milyon sterlinqə atılmışdı.

Bahadur Seyidov