Hər kəs bu görüntülərdən danışır - Türkiyədə çəkildi



 23:48 23.11.2023     729

Türkiyədə Afyonkarahisarın Bolvadin rayonundakı yaylağa enən və qorxaqlığı ilə tanınan Yılkı atları pilotsuz təyyarə ilə havadan görüntülənib.

Demedia.az xəbər verir ki, Bolvadin rayonunun Kəmərkaya qəsəbəsindəki Yapraklı Yaylasında pilotsuz təyyarə ilə tutulan yaşlı atlar şirinliyi ilə görənləri güldürüb.

Yemək axtararkən müşahidə edilən vəhşi at sürüsü ürkəkliyi ilə diqqəti cəlb edərkən, diqqəti çəkən başqa bir məsələ isə atların sürü halında gəzməsi idi.

Həmçinin, atların pilotsuz uçan aparatın fərqinə vararaq, daim yerlərini dəyişərək hərəkət etdikləri müşahidə edilib.

Aysun / Demedia.az