İsrailin ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin sayı 15 minə çatır
İsrailin ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin sayı 15 minə çatır.
Demedia.az xəbər verir ki, Bölgədəki vəziyyətlə bağlı Qəzza zolağı hökumətinin Media Ofisi tərəfindən yazılı açıqlama verilib. Açıqlamada 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla ölənlərin sayının 14 min 854-ə yüksəldiyi bildirilir.
Hücumlarda yaralananların sayı 36 mini keçib. Onların da 75 faizi qadın və uşaqlardır.İsrailin hücumları zamanı təxminən 7 min insan itkin düşüb.
Bahadur Seyidov