Müxalifət Makronun Afrika ilə bağlı siyasətini tənqid etdi



 22:18 23.11.2023     285

Fransada müxalifətdə olan Fransa Sərbəst Partiyası hökumətin Afrika ölkələrinə qarşı ikili standartlarını tənqid edib.

Demedia.az xəbər verir ki, Fransa Sərbəst Partiyası Milli Assambleyasının sədr müavini Mathilde Panot hökuməti Afrika ölkələri ilə bərabər tərəfdaşlığa çağırıb. Panot xatırladıb ki, 2017-ci ildə Burkina Fasonun paytaxtı Vaqaduquda qatıldığı proqramda Makron Burkina Fasonun o zamankı prezidenti Roch Mark Christian Kaboreyə qarşı istehzalı münasibət göstərib və “kondisioneri təmir edəcək” ifadəsini işlədib.

Panot hökumət rəsmilərinin bu cür münasibətinin Beynəlxalq arenada Fransanın səsinə xələl gətirdiyini bəyan edib.

​Bahadur Seyidov