Qırğızıstan Prezidenti Qəzzada tərəfləri danışıqlara çağırdı



 23:14 23.11.2023     294

Qırğızıstan Prezidenti Sadir Japarov Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı narahatlıqla izlədiklərini bildirib.

Demedia.az xəbər verir ki, Çaparov Belarusun paytaxtı Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında çıxış edib. O bildirib ki, İsrail-Fələstin problemi iki dövlətli həll prinsipi çərçivəsində həll edilməldir.

Onun sözlərinə görə, tərəflər danışıqlara başlamalıdır.

 ​Bahadur Seyidov