Avstraliyada yanğın səbəbilə çox sayda insan təxliyə edilib



 22:45 23.11.2023     296

Avstraliyanın Qərbi Avstraliya əyalətinin qərbində davam edən meşə yanğınları nəticəsində onlarla ev yanıb, çoxlu insan təxliyə edilib.

Demedia.az xəbər verir ki, ştatın paytaxtı Pertdə 40 dərəcəyə yaxın temperatur və külək alovun qarşısını almağa çətinlik yaradır. Qərbi Avstraliyanın yanğın və fövqəladə hallar üzrə komissarı Darren Klemm yanğınların heç bir can itkisinə səbəb olmadığını, bəzi insanların tüstüdən təsirləndiyini, bir neçə nəfərin isə yüngül yanıqlar aldığını bildirib.

Alovun qarşısını almaq üçün bölgəyə 150-dən çox yanğınsöndürən cəlb edilib.

Bahadur Seyidov