Bu bitkinin kökü görün nələrə çarədir - Köhnə həkimlərin sirri - Video



 11:18 24.11.2023     1114

Biyan bitkisi haqda yəqin ki çoxlarınız eşidib. “Koka-kola”nın əsas maddəsi olan bu bitkinin saysız hesabsız faydaları var.

O, mədə problemləri, ürək xəstəlikləri, təzyiq, infeksiyalar, qaraciyər xəstəlikləri, saç və dəri problemləri, köklük kimi hallarda müalicəvi təsirə malikdir.Qaraciyər iltihabı, qaraciyər yağlanması zamanı şirinbiyan orqanizmin dəstəkçisi kimi çıxış edir. Sidikqovucudur, bu sayədə toksinləri orqanizmdən xaric edir, immuniteti möhkəmləndirir, qaraciyər, dalaq kimi daxili orqanların xəstələnmə riskini azaldır;

Saçlara və dəriyə yeniləyici təsir göstərən şirinbiyan dərinin parlaqlığını, saçların canlılığını artırır. Mütəmadi olaraq istifadə edildiyində dəridəki tünd ləkələrin, artıq yağların, ölü hüceyrələrin təmizlənməsini təmin edir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az