Parkda, bulvarda öpüşmək ictimai asayişi pozurmu? - Video



 12:40 24.11.2023     1230

Qanunvericilikdə öpüşməyi qadağan edən heç bir norma olmadığı üçün belə demək olar ki, ictimai yerdə öpüşmək "ictimai asayişin pozulması" kimi qiymətləndirilə və buna görə cəza tətbiq edilə bilməz.

Lakin İnzibati Xətalar Məcəlləsində belə bir maddə var: polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir.  Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az