Qanaxma, yüksək temperatur - Keysəriyyə əməliyyatından sonra bunlara diqqət edin! - Video



 14:00 24.11.2023     822

 

Əməliyyatdan sonra qidalanma, düzgün yuxu forması, istirahət və həkim müayinəsi olduqca önəmlidir.

Qeysəriyyə sonrası gün ərzində mütəmati olaraq su içmək və sağlam qidalanmaq lazımdır. Bununla belə, aşağıdakı hallar yaşanarsa, mütləq zaman itirmədən ginekoloqla əlaqə saxlayıb müayinə üçün gün alın: Bədən temperaturunuz 38°C-dən yuxarıdırsa; Qeysəriyyə əməliyyatı olan yerdə qızarıqlıq, şişkinlik, axıntı və ya şiddətli ağrı varsa; Tualete getdikdə ağrı, yanma və ya qanaxma olursa; Sinə ağrısı və ya nəfəs almaqda çətinlik çəkirsinizsə.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az