Rusiya nümayəndə heyəti Türkiyəyə gedir - Gündəmdə taxıl sazişi var



 15:14 24.11.2023     354

Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyəyə gedir.

Demedia.az xəbər verir ki, 60 nəfərlik Rusiya nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirəcək. Gündəmdə Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi məsələsi və taxıl müqaviləsi var.

Qeyd edək ki, ikitərəfli hökumətlərarası komissiyanın əvvəlki iclası 2022-ci ilin mayında Ankarada keçirilib. Tərəflər sənaye məhsullarının tədarükünün artırılması, milli valyutalarda ödənişlərin artırılması və qarşılıqlı ticarətdə maneələrin azaldılması məsələlərini müzakirə ediblər.

Bahadur Seyidov