Bu ölkədə quraqlıq ölümə səbəb oldu
Efiopiyanın Tiqray və Amhara əyalətlərində quraqlığa görə 50-dən çox adam ölüb.
Demedia.az xəbər verir ki, quraqlıq səbəbindən əkinlərin məhv olduğu sözügedən bölgələrdə ən azı 46 nəfər, Vaqhemra bölgəsində isə 6 nəfər aclıqdan ölüb.
Digər tərəfdən, quraqlıq nəticəsində minlərlə mal-qara tələf olub.
Ölkə şimalın quraqlıqla mübarizə aparar əhali şərq və cənub bölgələrində daşqınların yaratdığı fəlakətlə də mübarizə aparır. Minlərlə insan daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bahadur Seyidov