Çoxlu pulla görüntü paylaşan bloger saxlanıldı - VİDEO



 20:02 24.11.2023     651

Sosial mediada paylaşdığı pul yığınları ilə gündəmə gələn Reşit Bozdağ qatıldığı evlilik proqramı ilə tanınan sevgilisi Melis Buse Betkayanla birlikdə Kiprə tətilə getmək üçün İstanbul Hava Limanına gedib.

Demedia.az xəbər verir ki, polis buradakı şəxsiyyət yoxlama məntəqəsindən keçən Bozdağın məlumatlarını yoxlayaraq onun PKK/KCK silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olduğunu müəyyən edib.

Hadisə ilə bağlı İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinə məlumat verən qruplar şübhəlini polis bölməsinə aparıb.

Digər tərəfdən Betkayan məsələ ilə bağlı sosial media hesabından açıqlama verib. O, bildirib ki, Bozdağın saxlanmasına səbəb onun həbs qətimkan tədbirinə əməl etməməsi və təhqir etməsi olub. Betkayan: "Reşit çirkli pula görə yox, qadağan olunduğu halda mənə yaxınlaşdığına, haqqımda danışması qadağan olunsa da təhqir etdiyinə görə həbsdədir. Artıq 3 gün həbsdə olacaq və cəza çəkəcək. azad olunsun.Mən də onun vəkilini tutdum”.

TikTok-dakı paylaşımları ilə tanınan Reşit Bozdağ keçən ay pulla dolu çanta ilə "O iş bitdi" qeydi ilə video çəkdirib.

Aysun / Demedia.az