Müəllimlər Günü öncəsi çirkin hücum - Şagirdlərin yaxınları 4 müəllimi döydü



 21:03 24.11.2023     641

Şanlıurfada bir məktəbdə yanğın nərdivanından enməmək üçün müəllimlər tərəfindən xəbərdarlıq edilən şagirdin yaxınları məktəbə basqın edib.

Demedia.az xəbər verir ki, hadisədə şübhəli bilinən 4 nəfər, o cümlədən direktor və 3 müəllim saxlanılıb.

Hadisə ötən gün Konuklu səmtindəki Konuklu İbtidai məktəbində baş verib. Müəllimlər dərsdən sonra əsas qapı əvəzinə yanğın nərdivanından istifadə etmək istəyən şagirdə xəbərdarlıq ediblər. Bunun üzərinə şagird evə gedərək müəllimi tərəfindən danladığını və sillələndiyini bildirib.

Bu hadisəni eşidən şagirdin yaxınları məktəbə gediblər. Məktəb direktorunun otağına gedən şagirdlərin qohumları ilə müəllimlər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Dava otaqdakı müəllimlər tərəfindən mobil telefonla lentə alınıb. Məktəb direktoru Rıdvan Eviz və müəllimlər Muhammet Aksoy, Sedat Adıgüzel və Emine Polat Zencirci yaralanıb.

Xəbər üzərinə məktəbə jandarma və sağlamlıq qrupları sövq edildi. Məktəbdə ilkin tibbi yardım alan məktəb direktoru və müəllimlər xəstəxanaya aparılıb. Müəllimlər orada müalicə olunduqdan sonra evə buraxılıblar. Hadisənin ardından jandarma qrupları tərəfindən 4 şübhəli saxlanılıb.

Hadisənin baş verdiyi Konuklu İbtidai məktəbinin direktoru Rıdvan Eviz baş verənlərdən kədərləndiklərini ifadə edərək, "Müəllimlər olaraq çox üzr istəyirik, belə bir hadisəni qəbul etmirik" deyib.

Aysun / Demedia.az