Türkiyəyə belə gəldi - Bədənində pul yığınları və...
İstanbuldakı beynəlxalq hava limanlarından birində həyata keçirilən əməliyyatda Livanın paytaxtı Beyrutdan uçan təyyarədə olan 2 sərnişin saxlanılıb.
Demedia.az xəbər verir ki, saxta hesab edilən 580 min ABŞ dolları ələ keçirilərkən, ərəb əsilli şübhəlilər həbs edilib.
Daxil olan məlumata görə, əməliyyat İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi və Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları tərəfindən birgə həyata keçirilib.
Livanın paytaxtı Beyrutdan İstanbula Asiya hava yolu şirkətinə məxsus müntəzəm təyyarə ilə yola düşən Yaxın Şərq əsilli iki sərnişin ötən cümə axşamı Sabiha Gökçen hava limanına enib. Beyrut Rəfiq Həriri Beynəlxalq Hava Limanından havaya qalxdığı öyrənilən təyyarənin sərnişinləri Livan əsilli Ömər Z. (28) və Jouheir İ. (22) saat 14:00-da təyyarədən enərək Beynəlxalq Gəliş Terminalına yollanıb.
Beyrut-İstanbul reysi ilə endikdən sonra narahat davranışlarla terminalda baqaj karuselinə keçən 28 və 22 yaşlı şübhəli sərnişinlər onları arxadan izləyən polis tərəfindən saxlanılıb. Ərəb sərnişinlərin hər bir hərəkəti Qaçaqmalçılıq və Maliyyə Şöbəsi polisi tərəfindən addım-addım izlənilib. Təqib zamanı sözügedən 'sərnişinlər' qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması çərçivəsində risk analizi otağına aparılmaq üçün saxlanılıb.
İstintaq çərçivəsində Sabiha Gökçen Hava Limanında həyata keçirilən nəfəs kəsən əməliyyatda yaxalanan Yaxın Şərq əsilli iki şübhəlinin üzərində risk analizi mərkəzində axtarış aparılıb. Şübhəlilərin üzərində və baqajlarında aparılan axtarışlar zamanı bədənlərinə bükülmüş 580 min ABŞ dolları dəyərində saxta pul bağlamaları, baqajlarından pul sayan aparat və bəzi narkotik vasitələr götürülüb.
Aysun / Demedia.az