Ağır qəzanın görüntüləri yayıldı - Nə baş verdi?



 23:48 24.11.2023     1019

Türkiyənin Əskişəhər şəhərində avtomobilin sürətli döngədə idarəetmədən çıxaraq yuvarlandığı anlar qarşı zolaqdan gələn avtomobilin yol kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Demedia.az xəbər verir ki, qəza dünən səhər saatlarında İhlamurkent səmtindəki Koza bulvarında baş verib. Bulvarda hərəkət edən avtomobil sürücüsünün sükanı itirməsi nəticəsində idarəetmədən çıxıb. Avtomobil yolun kənarındakı səkiyə çırpılaraq aşıb.

Qəza anı qarşı zolaqdan gələn başqa bir avtomobilin yol kamerası ilə saniyə saniyə qeydə alınıb.

Aysun / Demedia.az