Dünyanın ən böyük aysberqi hərəkət etməyə başlayıb



 17:29 24.11.2023     351

30 ildən çox okean dibində ilişib qalan dünyanın ən böyük aysberqi hərəkət etməyə başlayıb.

Demedia.az xəbər verir ki, “A23a” adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, ardınca Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib. “A23a” səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.Məlumata görə, “A23a” yenidən Antarktidadan uzaqlaşmağa başlayıb.30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan “A23a”nın qalınlığı 400 metrə çatır.

Bildirilib ki, nəhəng buz parçası əriyərək suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib.

Bahadur Seyidov