Kim Çen Indan kosmosa buraxılan hərbi peyk barədə açıqlama



 17:42 24.11.2023     288

Şimali Koreya lideri Kim Çen In bildirib ki, hərbi peykin buraxılması düşmənlərin fəaliyyətinə qarşı tam hüquqlu müdafiə təlimidir.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın xəbər agentliyinin məlumatına görə, Kim “Malligyong-1” adlı hərbi peykin orbitə çıxarılmasında əməyi olan mühəndis və alimləri ziyarət edib. Kim burada verdiyi açıqlamada hərbi peykin olmasının düşmən qüvvələri qarşı çəkindirici rol oynadığını bildirib.

Hərbi peykin Şimali Koreya üçün "kosmik güc əsri"ni müjdələdiyini bildirən Kim, orbitə buraxılmasını düşmənlərin fəaliyyətinə qarşı tam hüquqlu müdafiə manevri olduğunu qeyd edib.

 Bahadur Seyidov