BBC-nin əməkdaşları televiziyanı tənqid etdi



 17:58 24.11.2023     276

Böyük Britaniyanın BBC yayım təşkilatının İsrailyönlü yayımlarına onun müxbirlərindən reaksiya gəlib.

Demedia.az xəbər verir ki, 8 müxbir Qətərdə yerləşən Əl-Cəzirə kanalına məktub yazıb. Onlar BBC-ni İsrailin lehinə qərəzli münasibətdə ittiham edib.

Məktubda Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi iddiası ilə bağlı xəbər yayarkən ehtiyatsız mövqe tutan BBC-nin İsrail-Fələstin məsələsində mülki vətəndaşlara münasibətdə ikili standartlar tətbiq etdiyi iddia edilib.

Bahadur Seyidov