İsraildən şok sözlər: Lazım gələrsə girov ailələri...



 14:30 25.11.2023     275

2020-ci ildə ölkəsinə qayıdan və hava limanında Baş nazir Benyamin Netanyahu tərəfindən qarşılanan keçmiş İsrail agenti Pollard 7 oktyabr hücumlarında Həmas tərəfindən girov götürülən israillilərin ailələrini qəzəbləndirəcək açıqlamalar verib.

Demedia.az xəbər verir ki,  Girovların müharibəyə müdaxiləsinin qarşısının alınması lazım olduğunu ifadə edən Pollard reaksiya doğuran açıqlamasında belə deyib:

“İsrail müharibə elan edəndə hökumət nə etməlidir? Lazım olan ilk iş fövqəladə vəziyyət elan etmək və bütün girovlara danışmayacaqlarını demək idi. Lazım gələrsə girovların ailələrinə qarşı da addım atılmalıdır. Girov ailələr beynəlxalq ictimaiyyət və israilli solçular tərəfindən hökumətə qarşı silah kimi istifadə edilir".

Aysun / Demedia.az