Azərbaycanda yeganə hədəf Şenol Günəşdir!



 18:00 25.11.2023     308

Rəhbərliyi altında "Beşiktaş"ın gözləntilərdən xeyli aşağı çıxış etməsindən sonra istefa verən məşqçi Şenol Günəşin yeni marşrutu Azərbaycan ola bilər.

Demedia.az xəbər verir ki, Türkiyə qəzetində yer alan xəbərə görə, baş məşqçi Covanni De Biasi ilə yollarını ayıran Azərbaycan Futbol Federasiyası ortaq konsensus əldə edib.

Federasiya rəsmilərinin keçirdiyi toplantıda Şenol Günəşin adının üstünlük təşkil etdiyi bildirilərkən, son qərarın yeni ilə qədər veriləcəyi bildirilib.

Aysun / Demedia.az