Turun açılış matçı - "Hatayspor" məğlub oldu



 23:00 25.11.2023     254

Superliqanın 13-cü həftəsində Necmi Kadıoğlu Stadionunda “İstanbulspor” və “Hatayspor” komandaları üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, qarşılaşmada İstanbul komandası 2-1 qalib gəlib.

"Hatayspor"un yeganə qolunu 48-ci dəqiqədə penaltidən Renat Dadaşov vurub. Bu qələbə ilə Super Liqada 4 oyundan sonra 3 xalı olan "İstanbulspor" bu nəticə ilə xallarını 8-ə yüksəldib, "Hatayspor" isə 17 xalda qalıb. Gələn həftə “İstanbulspor” səfərdə “Karagümrük”lə qarşılaşacaq. "Hatay" doğma meydanda "Antalyaspor"u qəbul edəcək.

Aysun / Demedia.az