İngiltərə futbolunda bunu da gördük
Premyer Liqanın 13-cü həftəsində "Mançester Yunayted" səfərdə "Everton"a 3:0 hesabı iə qalib gəlib.
Demedia.az xəbər verir ki,qarşılaşmada “qırmızı şeytanlar”ın ulduzu Qarnaço vurduğu qolla böyük sensasiya yaradıb.
Matçın 3-cü dəqiqəsində Qarnaço Dalotun sağ xəttə yaxın ərazidən ötürməsini qola çevirib. Argentinalı ulduzun bu qolu bütün dünyada böyük əks-səda doğursa da, artıq futbolsevərlər tərəfindən ilin qolu elan edilib.
Qeyd edək ki, noyabrın 29-u çərşənbə günü Çempionlar Liqasında "Mançester Yunayted" "Qalatasaray"ın qonağı olacaq. Britaniya nəhəngi saat 20:45-də başlayacaq görüşdə Türkiyə təmsilçisinə uduzsa, son 16 tura yüksəlmək şansını itirəcək.
Bahadur Seyidov