Qaçırılan İsrail gəmisi ilə bağlı XƏBƏR - 15 saat sonra...
Yəmən sahillərində 2-si türk olmaqla, 22 ekipaj üzvü olan israilli iş adamına məxsus yük gəmisi naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Demedia.az xəbər verir ki, hadisə böyük səs-küyə səbəb olub.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi verdiyi açıqlamada 15 saat davam edən əməliyyat nəticəsində 2 türk kapitanın da olduğu gəminin xilas edildiyini açıqlayıb.
Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi gəminin saxlanıldığını təsdiqləyib.
Bahadur Seyidov