Toyda dəhşət - Bəy gəlini öldürdü



 15:49 27.11.2023     287

Tailandda bəy toy zamanı gəlin də daxil olmaqla 4 nəfəri güllələyərək intihar edib.

Demedia.az "Bangkok Post"a istinadən bildirir ki, hadisə Tailandın Nakhon Ratçasima şəhərindəki toyda baş verib.

Toyda 29 yaşlı bəy naməlum səbəbdən avtomobilindən götürdüyü tüfənglə 44 yaşlı gəlini,  gəlinin anası və bacısı,  bir nəfəri güllələyib.

 Bir nəfəri ağır yaralayan bəy daha sonra eyni silahla intihar edib.

 Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Bahadur Seyidov