NASA-dan xəbərdarlıq - 2024-cü ildə bu asteroid Yerlə toqquşa bilər



 16:14 27.11.2023     316

"İtirilmiş asteroid"in gələn il Yerlə toqquşa bilər.

Demedi.az xəbər verir ki, sözügedən asteroid ilk dəfə 2007-ci ildə aşkar edildikdən sonra itib. Bununla belə, alimlər meteoritin Yerə qayıtdığını təxmin edirlər.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyən etmək üçün çalışmalarını  davam etdirib. Son tapıntılar bu asteroidin gələn il planetə düşə biləcəyini proqnızlaşdırır.

Bu son dərəcə kiçik bir ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı təxmin edilir. Belə bir enerji planeti məhv edəcək qədər böyük deyil. Digər tərəfdən, onun düşdüyü bölgədə böyük ziyan vurması və bütün Yer kürəsinə şok dalğaları göndərməsi mümkündür.

Bahadur Seyidov