HƏMAS bunu etsə, atəşkəs uzanaq - Netanyahu açıqladı
İsrail Baş naziri Binyamin Netanyahu Qəzza zolağında gündə 10 əlavə girovu azad etmək şərti ilə dörd günlük humanitar fasilənin uzadılmasını müsbət qiymətləndirib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Prezidenti Co Bayden ilə telefon danışığında Netanyahu HƏMAS-ın gündə 10 əlavə girovu azad etməsi qarşılığında atəşkəsin uzadılma ehtimalını mümkün hesab edib.
Eyni zamanda, o vurğulayıb ki, atəşkəs başa çatdıqdan sonra İsrail istənilən halda Fələstin anklavında hərbi əməliyyat keçirməyə qayıtmaq niyyətindədir.
Bahadur Seyidov