Türkiyədə qəribə hadisə: 30 avtomobilə görün nə etdi



 22:36 27.11.2023     880

Türkiyənin Esenler bölgəsində naməlum şəxs park edilmiş 30 avtomobilin təkərini bir-bir partladıb.

Demedia.az xəbər verir ki, şübhəlini tanıdığını deyən şəxs təkərləri sıradan çıxararaq avtomobil sahiblərindən üzr istəyib.

Hadisə noyabrın 18-də gecə saatlarında Əsənlər Kazım Karabəkir rayonunda baş verib. İddiaya görə, gecə saatlarında küçələrdə dolaşan bir şəxs park edilmiş vasitələrin təkərlərini kəsmək üçün hərəkətə keçib. Əlindəki kəsici alətlə dayanmış nəqliyyat vasitələrinə yaxınlaşan şəxs 30-a yaxın avtomobilin təkərini kəsərək onları partladıb. Şübhəli şəxsin avtomobillərin təkərlərini sındırdığı anlar təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Hadisə baş verdikdən sonra şübhəli şəxsi tanıdığını iddia edən şəxs zədələnmiş avtomobillərin telefon nömrələrinə zəng edib. Xəbəri öyrənən vasitə sahibləri şübhəlinin tanışı ilə təkər sexinə gediblər. Maşınların zədələnmiş təkərləri dəyişdirilib.Dükançı Yusuf Taştan “Gecə gec saatlarda əlində kəsici alətlə bir nəfər gəlib. Maşınların təkərlərinin yanından keçdi. Ertəsi gün tanıdığı bir adam gəldi. Maşınların bütün xərclərini ödəyib getdi. “Və o, hamıdan bir-bir üzr istədi.

Aysun / Demedia.az