Qəzzada atəşkəsin müddəti uzadıldı
Qətər Qəzzada HƏMAS və İsrail arasında daha əvvəl razılaşdırılmış atəşkəsin 2 gün daha uzadıldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlama verib. HƏMAS da teleqram hesabındakı açıqlamasında humanitar fasilənin daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyini bəyan edib. Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında olan 150 fələstinlinin azadlığa buraxılması barədə razılıq əldə olunub.
Bahadur Seyidov