BMT Şimali Koreyaya çağırış etdi



 22:43 27.11.2023     270

Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari açıqlama verib. O Şimali Koreyanın nüvə silahı istehsalını sürətləndirməyi vəd edən konstitusiya dəyişikliyini tənqid edib.

"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari deyib.

Bahadur Seyidov