Etna vulkanı yenidən kül və lava püskürüb



 22:56 27.11.2023     280

Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında vulkanik fəaliyyət davam edir.

Demedia.az xəbər verir ki, İtaliyanın cənubundakı Etna vulkanı yenidən kül və lava püskürüb. Etna vulkanının qarlı yamaclarından lava axınının müşahidə edildiyi qeyd edilib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan verilən açıqlamada Etnadakı vulkanik fəaliyyətin cənub-şərq krateri ilə məhdudlaşdığı bildirilib.

Məlumatda bölgədən keçən təyyarələr üçün xəbərdarlıq edildiyi və vulkanik fəaliyyətin Kataniyadakı Fontanarossa hava limanına zərər vurmadığı qeyd edilib.

Bahadur Seyidov