Niyə qaşınırıq? Səbəbi və çarəsi - Video



 09:32 28.11.2023     464

İnsan orqanizmində dəri örtüyü bir çox funksiyaları yerinə yetirir. Bununla yanaşı bəzi xəstəliklər zamanı öz reaksiyasını qaşınma hissiyyatı ilə büruzə verir. Bəzi hallarda daxili xəstəliklərlə əlaqədar olaraq bədənin hansısa hissəsində qaşınma hissi yaranır.

Sinir sistemi çox mürəkkəb strukturdur və hər qıcığa ayrılıqda reaksiya verir. Mütəxəssislər onun səbəblərini araşdırmaq üçün bir sıra tədqiqatlar apararaq xüsusi texnologiyalar vasitəsilə qaşınma zamanı beynin aktivlik səviyyəsini ölçməyə nail olublar. Məlum olub ki, qaşınma zamanı beyində mənfi emosiyalar formalaşdıran hissələrin aktivlik səviyyəsi minimuma enir, yəni sinir sistemi qəsdən süni qaşınma yaratmaqla yığılmış mənfi emosiyanı azad edir. Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır. Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur. İlk növbədə, onun səbəbinin müəyyən edilməsi vacib məsələdir. Həmin səbəblər sırasına həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi sabun növləri, kimyəvi maddələr, uşaq infeksiyaları, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seborik dermatit, bəzi dərmanlar və əsəb pozuntuları daxildir”.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az