Həkimlər ürək xəstələrindən bunu niyə gizlədir? - Video



 09:58 28.11.2023     542

Müasir dövrümüzdə ürəklə bağlı narahatlıqlar yaşamayanların sayı, demək olar ki, azdır. Narahatlıqların əksəriyyəti isə qeyri-düzgün qidalanmadan qaynaqlanır.

Bir çox qidaların tərkibində orqanizm üçün, xüsusilə, ürək-damar sistemi üçün təhlükəli sayıla biləcək maddələr var. Bu qidaları mütəmadi yeyən insanlar 45-50 yaşına çatdıqdan sonra damar tutulması problemi ilə üzləşirlər. Nəticədə qan dövranı pisləşir, varikoz, infarkt, insult kimi ciddi xəstəliklərə tutulma riski artır.

Hisə verilmiş qidalar. Bu cür məhsulların tərkibində pis xolesterinlə zəngin olan toyuq dərisi var. Üstəlik, kolbasa istehsalında kimyəvi əlavələrdən bol miqdarda istifadə edilir. İkicə dilim belə, hisə verilmiş kolbasa yesəniz, gündəlik duz normasını aşmış olacaqsınız. Bu da damarlarda şişkinliklərə, ürək əzələlərində spazmlara, arterial təzyiqin yüksəlməsinə, tromb riskinin artmasına səbəb olur. Hisə verilmiş ət məhsullarının tərkibindəki emala məruz qalmış heyvan mənşəli yağlar da orqanizmə zərər vura bilir.

 

Mayonez və ketçuplar. Marketlərdə vitrinləri bəzəyən sousların sağlamlığınıza ciddi ziyan vurduğunu bilirsiz? Çünki onlar palma yağı başda olmaqla, trans yağlarla zəngindir. Bu cür qida əlavələrini mütəmadi olaraq qəbul edənlər damarların sağlamlığı haqqında da düşünsələr, yaxşı olar. Mayonezlərin, ketçupların, sousların səbəb olduğu ən gərgin ateroskleroz baş beyin damarlarında yaşanır ki, bu da insulta zəmin yaradır. Bu cür sousların tərkibində orqanizmə faydalı olacaq heç bir vitamin və ya mineral yoxdur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az