Bu ölkədə hava kəskin dəyişdi - Qar səbəbindən...



 10:40 28.11.2023     347

Ərzurumda əlverişsiz hava şəraiti səbəbilə bu gün mərkəzi Palandöken, Yakutiye və Əziziyə rayonlarında məktəblər bağlanıb.

Demedia.az xəbər verir ki,dünən gün ərzində təsirli olan çovğun və qar yağışı şəhər həyatına mənfi təsir edib.

Ərzurum valiliyi dünən olduğu kimi 3 mərkəzi rayon Palandöken, Əziziyə və Yakutiyedəki ibtidai, orta və özəl təhsil müəssisələrində təhsilin dayandırıldığını açıqlayıb. Bundan əlavə, hamilə, əlil və ya xroniki xəstəliyi olan dövlət qulluqçularına 1 günlük inzibati məzuniyyət veriləcək.

Bahadur Seyidov