Rusiya İsraili “qətiyyətlə” pislədi
Rusiya Xarici İşlər Nazirliyi İsrailin Suriyadakı Dəməşq hava limanına hücumunu pisləyib.
Demedia.az xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova İsrailin Suriyadakı mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücum kimi qiymətləndirib:
“Bu hücumu şiddətlə qınayırıq. Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk.
Sözügedən hücumun xüsusilə Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi və bunun nəticəsində regional gərginliyin artması fonunda son dərəcə təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Bahadur Seyidov