İsrail atəşkəsdən sonra güclü hücuma keçəcək
Xəbər verdiyimiz kimi, İsrail və Həmas oktyabrın 7-dən sonra ilk dəfə dörd günlük atəşkəs elan edib.
Demedia.az xəbər verir ki, iki tərəf arasında vasitəçi kimi çıxış edən Qətər XİN bu gün məlumat yayaraq bildirib ki, atəşkəsin müddəti daha 2 gün də artıb.
İsrail tərəfi bu atəşkəsdən sonra yenidən HƏMAS-la mübarizəyə dava edəcəyini bildirib.
“Haaretz” qəzetinin məlumatına görə, Gallant İsrail ordusunun bir hissəsini işğal etdiyi Qəzza zolağında əsgərləri ziyarət edib, blokadanı gücləndirib və hücumları ilə dağıntıları artırıb.
İsrail müdafiə naziri Yolav Gallant bildirib ki,atəşkəsdən sonra hücumlar daha şiddətli olacaq və bütün Qəzza zolağını əhatə edəcək: “İşimiz bitənə qədər dayanmayacağıq”, - deyə o qeyd edib.
Bahadur Seyidov