“Mançester Yunayted” Türkiyəyə ciddi itkilərlə gəlir



 12:29 28.11.2023     334

İngiltərənin "Mançester Yunayted"i “Qalatasaray”la görüşə ciddi  itkilərlə  gəlir.

Demedia.az xəbər verir ki, Türkiyədə "Qalatasaray" və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyununda qonaqların futbolçularının adları açıqlanıb.

Klubun saytında yer alan açıqlamada Marcus Rashford-un qırmızı vərəqə cəzası səbəbindən düşərgə heyətinə daxil edilmədiyi, Meyson Maunt, Lisandro Martinez, Tirell Malasia, Jonny Evans, Kristian Eriksen və Casemironun isə aldıqları zədəyə görə iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki,  oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matç sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bahadur Seyidov