Atəşkəs 2 gün uzadıldı! - 33 fələstinli artıq azadlıqdadır
Cümə günü İsraillə Həmas arasında baş verən toqquşmalarda humanitar fasilə yaranıb.
Demedia.az xəbər verir ki, girovların mübadiləsinin 4-cü günündə atəşkəs 2 gün daha uzadılıb və HƏMAS Qəzzada saxladığı daha 11 israilli girovu azad edərək Qırmızı Xaç rəsmilərinə təhvil verib.
Daha sonra İsrail həbsxanalarından 30-u fələstinli qadın və 3-ü uşaq olmaqla 33 məhbus azad edilib.Qəzza zolağında noyabrın 24-ü səhər saat 07:00-da başlayan humanitar fasilənin bitməsinə saatlar qalmış mühüm hadisə baş verib. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari verdiyi açıqlamada Qətərin davam edən vasitəçilik səyləri çərçivəsində Qəzza zolağında humanitar fasilənin daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyini bildirib. Razılaşmanı təsdiqləyən açıqlamanı Həmas da verib. O, Qətər və Misirlə əvvəlki atəşkəslə eyni şərtlərlə atəşkəsi 2 gün daha uzatmaq üçün razılığa gəldiklərini açıqlayıb.
Bahadur Seyidov