Uşaqlarda qasıq yırtığı - Səbəbləri və müalicəsi - Video



 14:38 28.11.2023     635

Qasıq yırtığı qasıq bölgəsindəki divarın zəifliyindən və ya uşaqlıq zamanı qapanmalı olan bir kisənin açıq qalması və bu səbəbdən də qarın boşluğu orqanları və ya mayesinin bu kisə içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsidir.

Qasıq yırtığı bəzən uşaqlarda doğulduğu zamandan bəzən isə uzun müddət keçdikdən sonra ortaya çıxa bilir.Kişilərdə qasıq yırtığı daha çox rast gəlinir.Qadınlarda da hamiləlikdən sonra risk arta bilir. Qasıq yırtığının əsas əlamətləri qasıq və xayada yaranan şişkinlikdir.Şişkinlik bir neçə günə və ya uzun müddətə yarana bilir.Bəzən isə şişkinlik ağırlıq qaldırıldığında,öskürərkən və ya gülərkən xaricdən görünə bilir.

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az