Motosikletdə qəza törətdi, özünü "Polad Alemdar"a oxşatdı - VİDEO



 22:36 28.11.2023     764

Türkiyənin Pendik şəhərində küçə ilə hərəkət edən motokuryer yolu keçmək istəyən piyadanı vurmaqdan çətinliklə yayınıb.

Demedia.az xəbər verir ki, hadisə yerində olan və motosiklet kuryerinə reaksiya verən servis mikroavtobusunun sürücüsü ilə motosiklet kuryeri arasında şifahi mübahisə yaranıb.

Motokuryer mübahisə etdiyi sürücüyə “Polat Alemdar oldun” deyərək reaksiya verib. Həmin anlar dəbilqə kamerasına əks olunub.

Hadisə bu günlərdə Pendik, Kaynarca məhəlləsində, Mərmərə küçəsində baş verib. İddialara görə, küçə ilə hərəkət edən motokuryer xidməti mikroavtobusu ötmək istəyərkən yolu keçmək istəyən piyadanı vurmaqdan çətinliklə yayınıb. Hadisədən sonra servis sürücüsü ilə vəziyyətə reaksiya verən motokuryer arasında şifahi mübahisə yaranıb. Motokuryer mübahisə etdiyi servis sürücüsünə “Polat Alemdar oldun” deyərək reaksiya verib. Hadisədə can itkisi və yaralanan olmasa da, şifahi mübahisə ətrafdakı vətəndaşların müdaxiləsi ilə bitib. Baş verənlər motosiklet kuryerinin dəbilqə kamerasına əks olunub.

Aysun / Demedia.az