Direktor müavini 6 yaşlı şagirdi havaya qaldıraraq... - ŞOK HADİSƏ
Türkiyədə məktəbdə xoşagəlməz hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Muğlanın Milas rayonundakı Sakarya İbtidai məktəbinin direktor müavini Mehmet Serkan G. ibtidai sinif şagirdi E.S.-ni (6) dəhlizdə, qoltuğunun altından tutub havaya qaldıraraq yerə atıb. Bu, uşağın belindən və kürəyindən yaralanmasına səbəb olub.
E.S.-nin ailəsinin şikayəti ilə Mehmet Serkan G. barəsində başlanan məhkəmə istintaqı davam edərkən, həmin anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Hadisə oktyabrın 6-da rayonun Sakarya İbtidai məktəbində baş verib. Məktəbin direktor müavini Mehmet Serkan G. birinci sinif şagirdi E.S.-ni dəhlizdən qoltuğunun altından tutub havaya qaldıraraq sinif otağına atıb.
Aysun / Demedia.az