Hindistanda dağıntılar altında qalan işçilər xilas edilib



 23:14 28.11.2023     283

Hindistanın Uttarakhand əyalətində 17 gündür çökən tunelin dağıntıları altında qalan işçilər xilas edilib.

Demedia.az xəbər verir ki, bu barədə rəsmi mənbələr açıqlama verib. Bildirilib ki, 41 işçinin hamısı dağıntılar altından xilas edilib. Xilasetmə əməliyyatının son illərin ən mühüm əməliyyatlarından biri olduğuna diqqət çəkilən açıqlamada xilasetmə işlərinin yaxşı koordinasiya edildiyini bildirilib. Hindistanın baş naziri Narendra Modi xilasetmə işlərində iştirak edən hər kəsə təşəkkür edib.

Bahadur Seyidov