Polşada 1,8 milyon insan həddindən artıq yoxsuldur


2022-ci ildə Polşada həddindən artıq yoxsulluq içində yaşayan insanların sayının 1,8 milyon olduğu bildirilib.
Demedia.az xəbər verir ki, müstəqil araşdırma mərkəzi “Szlachetna Paczka” Polşa Statistika İdarəsinin 2022-ci il məlumatlarına əsaslanaraq hazırladığı hesabatı dərc edib. Hesabatda ölkədə 1,8 milyon insanın ifrat yoxsulluq həddində yaşadığı və bunun ölkə əhalisinin təxminən 5 faizini təşkil etdiyi bildirilib.
Hesabatda əhalinin təqribən 12 faizinin (4,5 milyon nəfər) nisbi yoxsulluq içində yaşadığı və çətin şəraitdə dolana bildiyi vurğulanıb.
Bahadur Seyidov