NATO Qəzzadakı münaqişənin regional münaqişəyə çevrilməsini istəmir
NATO-nun baş katibi Yens Stoltenberq Qəzzadakı münaqişənin daha böyük regional münaqişəyə çevrilməsini istəmədiklərini bildirib.
Demedia.az xəbər verir ki, Stoltenberq NATO-nun bir təşkilat olaraq İsrail-Fələstin məsələsində aktiv rol oynamadığını və bəzi müttəfiqlərin müxtəlif yollarla iştirak etdiyini bildirib.
"NATO-dan verəcəyimiz mesajlardan biri də odur ki, münaqişə daha böyük regional münaqişəyə çevrilməməlidir. Həmçinin İrana veriləcək mesaj ondan ibarətdir ki, o, bu qeyri-sabitlikdən vəziyyəti daha da gərginləşdirmək istifadə etməməlidir” – Stoltenberq deyib.
Bahadur Seyidov