Şimali Koreya casus peyki ilə Ağ Evin fotoşəkillərini çəkib



 22:18 28.11.2023     294

Şimali Koreya “Malligyong-1” casus peyki ilə Ağ Ev, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid dörd nüvə hücumu qabiliyyətinə malik gəminin fotoşəkillərini çəkdiyini iddia edib.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyinin xəbərində ölkə lideri Kim Çen Inın casus peyki ilə bağlı hesabatı və Ağ Ev və Pentaqonun peyk tərəfindən çəkilmiş fotoşəkillərini araşdırdığı bildirilib. Xəbərdə, peyk ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dörd nüvə hücumu qabiliyyətinə malik gəminin və ABŞ-a məxsus Quam adasındakı Andersen Hərbi Hava Qüvvələrində bir Britaniya təyyarədaşıyıcısının şəkillərini çəkib.

Məlumatda peykin Türkiyə Silahlı Qüvvələrinin bazasından və İtaliyanın paytaxtı Romadan da görüntülər çəkdiyi iddia edilib.

Bahadur Seyidov