HƏMAS İsraillə saziş bağlamağa hazır olduğunu açıqladı
HƏMAS İsraillə saziş bağlamağa hazır olduğunu bəyan edib.
Demedia.az CNN-a istinadən xəbər verir ki, dadikal hərəkatın Siyasi Büro üzvü Qazi Həməd hərtərəfli və ya qismən saziş bağlamağa hazır olduğunu açıqlayıb:
"Biz hərtərəfli və ya qismən saziş bağlamağa hazırıq. Bu hərtərəfli saziş bütün fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində və mülki şəxslərin azad olunması müqabilində baş tuta bilər”.
Bundan başqa, İsraillə atəşkəsin uzadılması məsələsi də gündəmə gətirilib.
Bahadur Seyidov