Süni  intellekt insanların maaşlarına “qarışır”



 14:05 29.11.2023     276

Süni intellektlərin işi insanların maaşlarına təsir edəcək.

Demedia.az xəbər verir ki, bu  barədə Avropa Mərkəzi Bankı  hesabatında bildirib. Hesabatda qeyd edilib ki, texnologiyanı işçilərin əməkhaqqına “neytral və ya bir qədər mənfi təsirləri”  var.

Həmçinin bu  sırada süni intellektin məşğulluğu artırdığını vurğulanıb. Hesabatda süni intellektin həm istehsalatda, həm də xidmətlərdə istifadə edildiyi vurğulanıb, tibbi məsləhətlərin verilməsindən kod yazılmasına qədər şirkətlərin süni intellektə sərmayələrinin artması ictimaiyyətdə iş yerlərinin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olduğu bildirilib.

16 Avropa ölkəsində süni intellektlə dəstəklənən texnologiyalar və məşğulluq payları arasındakı əlaqənin araşdırıldığı hesabatda, süni intellektin istifadə edildiyi sektorlarda məşğulluq payının artdığı, aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi qeyd edilib.

Bahadur Seyidov