ABŞ hərbi təyyarəsi okeana düşdü - Yaponlar məlumat yaydı



 13:20 29.11.2023     295

ABŞ-ın Osprey hərbi təyyarəsi Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb.

Demedia.az xəbər verir ki, bu haqda Yaponiya mediası rəsmi qurumun verdiyi cavaba əsasən məlumat yayıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu bildirilir. Sahil Mühafizəsinin sözçüsü, təyyarədəkilərin təhlükəsizliyi də daxil olmaqla, insidentlə bağlı əlavə təfərrüata malik olmadıqlarını bildirib.

Yaponiyanın MBC telekanalı xəbər verir ki, qəza yerli vaxtla saat 14:47 radələrində baş verib, yerli sakinlər təyyarənin dənizə çırpılması zamanı sol mühərrikinin alışdığını bildiriblər. Yaponiyadakı ABŞ qüvvələrinin sözçüsü heç bir şərh verməyib.

Bahadur Seyidov